Toni Brekstonun konsertinin biletləri satışa çıxarılıb - YENİLƏNİB

Toni Brekstonun konsertinin biletləri satışa çıxarılıb - <span style="color: red;">YENİLƏNİB
# 23 noyabr 2012 09:29 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı - APA. Dünya estradasının ulduzu, 6 “Grammy” mükafatının sahibi Toni Brekstonun (Toni Braxton) Bakı konsertinin biletləri artıq satışa çıxarılıb. APA-nın məlumatına görə, biletlərin qiyməti 40-600 manat arasındadır. Yerindən asılı olaraq 40 AZN, 60 AZN, 100 AZN, 150 AZN, 350 AZN, 450 AZN və 600 AZN kateqoriyalarında biletlər müəyyən edilib.

Xatırladaq ki, Toni Brekston dekabrın 17-si və 18-də Heydər Əliyev Sarayında ilk solo konsert ilə çıxış edəcək. Bu gündən etibarən konsertin rəsmi video çarxı da ictimaiyyətə təqdim olunacaq. «Un-Break My Heart», «I Heart You», «Spanish Guitar», «Make My Heart», «Pulse» kimi məşhur mahnıların ifaçısı Toni Brekston Heydər Əliyev Sarayındakı şousu zamanı 90 dəqiqəlik proqramla pərəstişkarlarının görüşünə gələcək.

Qeyd edək ki, iki günlük konsertin biletləri Heydər Əliyev Sarayının kassaları ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Səməd Vurğun adına Rus Dram Teatrının, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kassalarında, eləcə də M.Ə.Rəsulzadə küçəsində (“Azərbaycan” kinoteatrının yanında), Üzeyir Hacıbəyov küçəsində (Hökumət evinin arxasında), Lev Tolstoy küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki kassalarda da satışda olacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu konsert Fondun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR