Timur Süleymenov: «MDB-nin vahid valyuta məkanının yaradılmasına ehtiyatla yanaşmaq lazımdır»

Timur Süleymenov: «MDB-nin vahid valyuta məkanının yaradılmasına ehtiyatla yanaşmaq lazımdır»
# 15 noyabr 2012 11:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. MDB ərazisində vahid valyuta məkanının yaradılması, hətta vahid valyutanın tətbiqi məsələsinə ehtiyatla yanaşmaq lazımdır. Bunun reallaşması isə ilk növbədə tələbatdan asılı olacaq. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən MDB ölkələrinin V Beynəlxalq Bank Konfransında Avrasiya İqtisadi Komissiyasının iqtisadi və maliyyə siyasəti naziri Timur Süleymenov bildirib.

T.Süleymenov eyni zamanda vurğulayıb ki, bu məsələnin müəyyən perspektivləri mövcuddur. «Lakin bu, ilk növbədə Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi çərçivəsində həyata keçirilə bilər. Çünki burada qarşılıqlı hesablaşmalar daha iri həcmdə və daha tez-tez aparılacaq».

Toplantıda çıxış edən Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev isə bəyan edib ki, Azərbaycanın vahid valyuta məkanına daxil olması tələbatdan asılı olacaq və ilk növbədə ikitərəfli hesablaşmalarda mümkündür. C.Hacıyev qeyd edib ki, «ABB-Moskva» bankı artıq müəyyən dərəcədə bu cür ikitərəfli hesablaşmaları həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR