BFB-da Azərbaycan Mərkəzi Bankının 8 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 8 mln. manatlıq notları yerləşdirilib
# 05 dekabr 2012 15:06 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104934S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 8 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 21 119 900 manat təşkil edib. Sifarişlər 99,7980% (gəlirlik 2,51%) – 99,7286% (gəlirlik 3,38%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7800% (gəlirlik 2,74%), orta ölçülmüş qiyməti isə 99,7941% (gəlirlik 2,56%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 8 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2013-cü il yanvarın 3-də icra olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR