İran Atom Enerjisi Təşkilatının rəhbəri: “İran uranın zənginləşdirilməsi fəaliyyətini bütün gücü ilə davam etdirəcək”

İran Atom Enerjisi Təşkilatının rəhbəri: “İran uranın zənginləşdirilməsi fəaliyyətini bütün gücü ilə davam etdirəcək”
# 28 noyabr 2012 14:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İran uranın zənginləşdirilməsi fəaliyyətini bütün gücü ilə davam etdirəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib.

Onun sözlərinə görə, yerli elm adamlarının səyi ilə Əraq nüvə reaktorunun heç bir problem olmadan inşasını davam etdirir: “Texniki problemlər səbəbindən Əraq nüvə reaktorunun işə düşməsinin gecikməsi ilə bağlı iddialar yanlışdır. Düşmən bu reaktora zərər vurmaq niyyətində olduğu üçün təhlükəsizlik baxımından işlər diqqətlə davam etdirilir. Əraq nüvə reaktoru bütün vasitələrlə təmin edilib və yaxın günlərdə virtual sınağı həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR