Azərbaycan İpoteka Fondu yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

Azərbaycan İpoteka Fondu yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
# 27 dekabr 2012 13:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Birjadan «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,00% qiyməti ilə satışa çıxarılacaq.

Qeyd edək ki, hərraca çıxarılan istiqrazlar dekabrın 21-də qeydiyyatdan keçmiş yeni emissiyanın ilk tranşıdır. Emissiyanın ümumi həcmi isə 40 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR