«Rabitəbank» şənbə günləri də kredit verməyə başlayıb

«Rabitəbank» şənbə günləri də kredit verməyə başlayıb
# 14 dekabr 2012 14:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC həftənin şənbə günlərində də fasiləsiz kredit əməliyyatlarının həyata keçirilməsinə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilər həftə ərzində şənbə günü də daxil olmaqla, bankın bütün filiallarına kredit əldə etmək üçün müraciət edə bilərlər.

Bankın filialları həftə içi saat 09:00-18:00, şənbə günləri isə saat 10:00-14:00-a kimi fəaliyyət göstərir.

Hazırda bank ölkənin 14 regionunda 21 filial və şöbələri ilə təmsil olunur. «Rabitəbank» kredit məhsulları ilə yanaşı əmanət, təcili pul köçürmələri, kommunal xidmətlər üzrə ödənişlər, hesablaşma hesabları ilə bağlı və s. xidmətlər göstərir.

Bankın mövcud kredit və digər məhsulları barədə daha geniş məlumatı «Rabitəbank»ın rəsmi internet səhifəsindən (www.rabitabank.com) və ya (012) 133 nömrəsinə zəng vurmaqla almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR