Slovakiya “Eurovision-2013”də iştirak etməyəcək

Slovakiya “Eurovision-2013”də iştirak etməyəcək
# 05 dekabr 2012 12:28 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Slovakiya İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində iştirak etməyəcək.

APA-nın esctoday.com saytına istinadən yaydığı xəbərə görə, artıq bununla bağlı ölkənin yayımçı televiziya kanalı olan “RTVS” Avropa Yayımları Birliyini (EBU) bu barədə məlumatlandırıb.

Slovakiya ilk dəfə 1994-cü ildə “Eurovision Song Contest”də təmsil olunub. 7 dəfə (1994, 1996, 1998, 2009, 2010, 2011 və 2012-ci illərdə) bu müsabiqədə iştirak edən ölkə bir dəfə də olsun qalib gəlməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR