Yaşma bağları massivində qarın əriməsi səbəbdən evlər su ilə dolub, FHN üç nəfəri xilas edib

Yaşma bağları massivində qarın əriməsi səbəbdən evlər su ilə dolub, FHN üç nəfəri xilas edib
# 20 dekabr 2012 06:32 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri Yaşma bağları massivində qarın intensiv əriməsi səbəbdən bir neçə fərdi yaşayış evi və həyətyanı sahələr su ilə dolub, insanlar həmin evlərdə köməksiz vəziyyətdə qalıblar.

FHN Sumqayıt Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 3 sakin xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR