ARDNŞ əməkdaşı iş yerində ölüb - YENİLƏNİB

ARDNŞ əməkdaşı iş yerində ölüb - <span style="color: red;">YENİLƏNİB
# 04 dekabr 2012 10:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşı iş yerində ölüb.

ARDNŞ-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şirkətin Neft-Qaz Tikinti Trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsində rəngsaz işləyən İslamov İsaməddin Şəmsəddinoviç qan təzyiqinin kəsin qalxması nəticəsində dünyasını dəyişib.

Neft şirkətindən həmçinin bildirilib ki, İ. İslamovda yüksək qan təzyiqi xəstəliyi olub. Onun qan təzyiqinin kəskin qalxması nəticəsində vəfat etdiyi həkimlərin rəyi ilə də təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR