Heydər Əsədov: «Gələn il Azərbaycan dövlət büdcəsinin kəsiri ÜDM-in 0,5%-dən artıq olmayacaq»

Heydər Əsədov: «Gələn il Azərbaycan dövlət büdcəsinin kəsiri ÜDM-in 0,5%-dən artıq olmayacaq»
# 13 noyabr 2012 12:46 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanın dövlət büdcəsinin kəsiri ÜDM-in 1%-dən artıq olmayacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Hesablama Palatasının sədri Heydər Əsədov bildirib.

Həmçinin H.Əsədov əmin olduğunu bildirib ki, büdcənin tərtibində nümayiş etdirilən ehtiyatlılıq, nəzərdə tutulan vəsaitlər və mexanizmlər sayəsində büdcə kəsiri ümumiyyətlə ÜDM-in 0,5%-dən artıq olmayacaq.

Qeyd edək ki, 2013-cü il dövlət büdcəsinin layihəsində kəsir 656 mln. manat həcmində və ya ÜDM-in 1,1% səviyyəsində nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR