Zaqatala rayonunda ev yanıb

Zaqatala rayonunda ev yanıb
# 15 noyabr 2012 07:11 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Məlumata görə, yanğın hadisəsi rayonun Zilban kəndində Arif Serova məxsus, ümumi sahəsi 108 kv/m olan 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin və 2 otağının yanar konstruksiyaları, ev əşyaları yanaraq yararsız hala düşüb. Ev sahiblərindən xəsarət alan olmayıb. Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR