Dow Jones indeksi 0,6%, S&P 500 0,6%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,6%, Nasdaq 0,7% enib
# 14 dekabr 2012 06:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 171 bəndədək, S&P 500 0,6% - 1 420 bəndədək, Nasdaq 0,7% - 2 992 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında investorlar arasında nikbinlik hökm sürüb. Bunun səbəbi kimi büdcə problemlərinin həll olunması yollarının hələ də tapılmaması ilə bağlıdır.

Avropa fond bazarlarında dekabrın 13-də FTSE 100 indeksi 0,3% - 5 930 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 582 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 643 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 698,1 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3088 (+0,02%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR