Əjdər Ağayev: “Azərbaycan təhsilinin kurrikulum adı ilə yeniləşməsinə ehtiyac yoxdur”

Əjdər Ağayev: “Azərbaycan təhsilinin kurrikulum adı ilə yeniləşməsinə ehtiyac yoxdur”
# 07 dekabr 2012 16:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan təhsilinin kurrikulum adı ilə yeniləşməsinə və proqramlar hazırlanmasına ehtiyac yoxdur. Müasirləşən cəmiyyətdə yeniliyi görmək üçün öz kadrlarımızdan istifadə edərək, milli-mədəni dəyərlərimizə əsaslanaraq, dünya təcrübəsini də öyrənərək yeni işlər görə bilərdik”. Bunu APA-ya açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.

O bildirib ki, bu işə professional pedaqoqlar və müəllimlər cəlb oluna bilərdi: “Təəssüf ki, bu belə deyil və hazırda yeni kurrikulum şagirdlərdə bir çox əlavə problemlərə yol açır”.

Onun sözlərinə görə, bu gün yeni sistemi başa düşməkdə çətinlik çəkən şagirdlər sonradan daha çox repetitora müraciət edəcəklər: “Bu da gələcəkdə repetitorluğun daha da artmasına şərait yaradacaq. İlkin mərhələdə bir çox təhsil islahatları görüldü. Kurrikulum sistemi artıq beşinci ildir ki, Azərbaycanda tətbiq edilir. Amma hələ də Təhsil Nazirliyi görülən işləri öyrənərək işin eksperimental nəticəsini meydana qoymayıb. Əslində nazirlik bunu öyrənməli və əgər nəticəsi müsbətdirsə, davam etdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR