AZAL-a külli miqdarda ziyan vurmaqda təqsirləndirilən mütəşəkkil dəstənin üzvü olmuş Nigeriya vətəndaşı azadlığa buraxılıb

AZAL-a külli miqdarda ziyan vurmaqda təqsirləndirilən mütəşəkkil dəstənin üzvü olmuş Nigeriya vətəndaşı azadlığa buraxılıb
# 27 dekabr 2012 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

APA-nın məlumatına görə, həmin müəssisədən azadlığa buraxılanlar arasında “Azərbaycan Hava Yolları” QSC-nin (AzAL) kompüter mərkəzinə müdaxilə edərək şirkətə 100 min manata yaxın ziyan vurmaqda ittiham olunan mütəşəkkil dəstənin üzvü olmuş Nigeriya vətəndaşı Olovu Mutiu Olanrevaju da avar.

Qeyd edək ki, O. M. Olanrevaju Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Həmin qərardan apellyasiya şikayəti versə də, təmin olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR