Azərbaycan Mərkəzi Bankı valyuta sterilizasiyasını artırır

Azərbaycan Mərkəzi Bankı valyuta sterilizasiyasını artırır
# 17 dekabr 2012 07:14 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü il ərzində valyuta ehtiyatlarını 25% artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, AMB-nin sədr müavini Avtandil Babayev Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasını şərh edərək bildirib ki, 2012-ci ilin sonuna kimi AMB-nin valyuta ehtiyatlarının 12 mlrd. AbŞ dollarına çatacaq, 2013-cü ilin sonunda isə bu göstəricinin 15 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, dekabrın 1-nə valyuta ehtiyatlarının həcmi 11,7 mlrd. dollara bərabər olub, bu isə ilin əvvəlinə nisbətən 11,5% çoxdur. Valyuta ehtiyatlarının artması ilk növbədə AMB-nin həyata keçirdiyi valyuta sterilizasiyası nəticəsində baş verir. Bu ilin ilk 9 ayı ərzində Mərkəzi Bankın valyuta sterilizasiyası 978 mln. dollar təşkil edib. Bu dövr ərzində valyuta ehtiyatları 1,022 mlrd. dollar həcmində artıb.

Valyuta sterilizasiyasına gəldikdə, A.Babayev qeyd edib ki, 2012-ci il ərzində bunun həcmi 1,5 mlrd. dollar olub və ilin sonuna kimi həcmi göstəricinin 2 mlrd. dollara çatacağı gözlənilir: «Gələn il ərzində isə manat intervensiyasının 3 mlrd. dollar təşkil edəcəyi gözlənilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR