Rövnəq Abdullayev: “Güclü və zəif komandalar arasında səviyyə fərqi azalıb”

Rövnəq Abdullayev: “Güclü və zəif komandalar arasında səviyyə fərqi azalıb”
# 03 dekabr 2012 09:14 (UTC +04:00)

Bakı – APA. “Fikrimcə, Topaz Premyer Liqası maraqlı keçir. Artıq güclü və zəif komandalar arasında səviyyə fərqi azalıb”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, ölkə çempionatında cari mövsüm maraqlı keçdiyindən, gərgin mübarizə gedir: “Turan” və “Sumqayıt”ın çıxışı bunun göstəricisidir. Bu da bizi sevindirir”.

AFFA prezidenti “Neftçi” klubunun Avropa Liqasının qrup mərhələsinə düşməsinə də toxunub: “Bu, futbol tariximizdə ilk dəfə baş verdi. “Neftçi”yə uğurlar arzulayıram. Artıq klublarımız qarşısında avrokuboklarda qrup mərhələsinə düşmək vəzifəsi durur. Fikrimcə, gələn il bir neçə klubumuz bu nəticəni əldə edə biləcək”.

Milli komandaya gəlincə, assosiasiya başçısı Şimali İrlandiya ilə səfərdə 1:1 hesabla yekunlaşan görüşdə komandamızın gözəl oyun göstərdiyini söyləyib: “Nəticə bizi ona görə məyus etdi ki, qələbəni son saniyələrdə buraxdığımız qolla əldən verdik. Biz yığmadan qələbə gözləyirik. 2016-cı ildə Avropa çempionatının final mərhələsinə düşmək istəyirik. Biz bunun üçün bütün gücümüzü qoyacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR