Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru ilə görüşüb

Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru ilə görüşüb
# 26 noyabr 2012 13:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Ekard Paxen ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə BDU ilə Vürçburq Universiteti arasında Avropa Hüququ Magistr Proqramının yaradılmasına dair bağlanmış anlaşma memorandumundan irəli gələn məsələlərə dair fikir mübadiləsi aparılıb, universitetlərarası əməkdaşlığın gələcəkdə daha da səmərəli nəticələr verəcəyi qeyd edilib.

Bildirilib ki, 2011-ci ilin sentyabr ayından etibarən BDU-da “Avropa hüququ” ixtisası üzrə yeni magistratura proqramı fəaliyyət göstərir. Hal-hazırda tədris dili ingilis dilidir, lakin 2013-cü ildən etibarən bəzi ixtisas fənlərinin artıq alman dilində keçirilməsi planlaşdırılır. Alman tərəfi bu proqramda iştirak edən 17 tələbə üçün intensiv alman dili kursları təşkil edib və tələbələr bu kurslarda fəal iştirak edirlər. Bu proqramın məzunlarına ilk dəfə olaraq ikili diplom - BDU və Vürçburq Universitetlərinin diplomları təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR