AMEA gənclərə elmi dərəcələrin verilmə prosedurunu sadələşdirməklə bağlı Misir Mərdanovun təklifini dəstəkləyir

AMEA gənclərə elmi dərəcələrin verilmə prosedurunu sadələşdirməklə bağlı Misir Mərdanovun təklifini dəstəkləyir
# 21 dekabr 2012 08:50 (UTC +04:00)

APA-nın xəbərinə görə, AMEA prezidenti Mahmud Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bunun üçün Qərb universitetlərinin praktikasından istifadə etmək olar: “Qərbdə Ali Attestasiya Komissiyasına sənədlərin təqdim edilməsi proseduru yoxdur. Sadəcə, hansısa elmi tədqiqat müəssisəsinin Elmi Şurası işi dinləyir, müraciət edənə fəlsəfə elmlər doktoru və digər elmi dərəcələrin verilməsi barədə qərar qəbul edir. Əslində bu, sadələşdirilmiş prosedurdur. Bunun da öz üstünlükləri var. Ancaq o şərtlə ki, Elmi şuralar həqiqətən də obyektiv olacaqlar. Əgər bu prinsipiallıq, obyektivlik təmin olunmayacaqsa, onda hesab edirəm ki, Ali Attestasiya Komissiyasının mövcudluğu zəruridir”.

AMEA prezidenti Azərbaycanda elmi dərəcələrin alınması üçün əsas çətinliyin nədən ibarət olduğunu da açıqlayıb: “Çətinlik ondan ibarətdir ki, hər bir müdafiə şurasına ay ərzində müdafiə oluna bilən dissertasiyaların sayını özündə əks etdirən hansısa plan təqdim olunur. Ancaq faktiki olaraq bəzən iddiaçıların sayı bundan qat-qat çox olur. Nəticədə növbə yaranır. Bəzən bu, illərlə davam edir. İşin özünün müdafiə olunması, rəylərin verilməsi tez həll olunur, o qədər də vaxt aparmır. Hər bir iddiaçı öz növbəsini gözləməlidir. Bu da bir qədər maneə yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR