İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri “APA Holding”də olub - FOTOSESSİYA

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri “APA Holding”də olub   - <span style="color: red;">FOTOSESSİYA
# 04 dekabr 2012 12:35 (UTC +04:00)

Ayətullahi “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və Direktorlar Şurasının sədri Nurşən Quliyevlə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlər, media əlaqələri, səfirliklə mətbuat arasında əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Qonaq bu vəzifəyə yeni təyin olunduğunu, səfir Möhsün Pak Ayinin də Azərbaycanda yeni fəaliyyətə başladığını deyib: “İran səfirliyi, xüsusən də səfir mətbuatla əlaqələrə çox böyük önəm verir. Bizim əsas məqsədimiz Azərbaycan mediası ilə daha sıx işləmək, əlaqələri daha da dərinləşdirməkdir. Azərbaycan mediası arasında APA-nın xüsusi yeri var. Təsadüfi deyil ki, səfir mənə tanışlıq səfərinə məhz Azərbaycanın media öncüllərindən olan APA-dan başlamağı məsləhət gördü. Ümidvaram ki, səfirliklə agentlik arasında münasibətlər inkişaf edəcək, əlaqələr daha da genişlənəcək”.

Öz növbəsində, V. Mahirqızı “APA Holding” MMC haqqında məlumat verib, APA agentliyinin yarandığı gündən İran səfirliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Holdinqin rəhbəri səfirliklə agentlik arasında əməkdaşlığın daha da intensivləşməsini, İranın Azərbaycandakı səfirliyinin ölkə mediası ilə əlaqələrdə operativliyə üstünlük verməsini arzuladığını qeyd edib: “Biz agentlik olaraq istənilən məsələ, tənqidi materialla bağlı İran tərəfinin mövqeyini işıqlandırmaqda heç bir problem görmürük. Bundan başqa, APA Tehranda büro açmaq, eyni zamanda həmin büroda çalışacaq əməkdaş barədə məlumatları xeyli əvvəl səfirliyə təqdim etsə də, İran tərəfindən hər hansı cavab almaq hələlik mümkün olmayıb. İstərdik ki, bu problem də yaxın vaxtlarda həllini tapsın. Bu görüşün səfirlik və APA arasında münasibətlərdə müsbət mənada dönüş nöqtəsi olmasını arzulayırıq”.

N. Quliyev də APA-nın səfirliklə əlaqələrə önəm verdiyini, əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib: “Biz hesab edirik ki, səfirliyin mətbuatla sıx əməkdaşlıq etməsi həm də İran dövlətinin mövqeyinin çatdırılması baxımından əhəmiyyətlidir. Ümid edirik ki, yeni səfirin və səfirliyin yeni mətbuat katibinin fəaliyyət başlaması ilə səfirliklə APA arasında əvvəllər mövcud olmuş sıx və qarşılıqlı əməkdaşlıq bərpa olunaraq, inkişaf edəcək”.

Seyyid Məhəmməd Ayətullahi qeyd olunan irad və təklifləri səfirin diqqətinə çatdıracağını, münasibətlərin normallaşması, səfirliklə mətbuat arasında əməkdaşlığın daha gücləndirilməsi istiqamətində lazımi addımların atılacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR