Azərbaycanı “Eurovision 2013”də təmsil etmək üçün keçiriləcək milli seçimlərə başqa ölkələrin təmsilçiləri də qatılacaq

Azərbaycanı “Eurovision 2013”də təmsil etmək üçün keçiriləcək milli seçimlərə başqa ölkələrin təmsilçiləri də qatılacaq
# 12 dekabr 2012 11:45 (UTC +04:00)

İctimai Televiziya və Radio Yayımları Şurasından APA-ya verilən məlumata görə, seçimlərdə iştirak etmək üçün Amerika, Almaniya, Rusiya və Qazaxıstan kimi ölkələrdən də müraciətlər olub. Qeyd olunan ölkələrdə yaşayan musiqiçilər 80 nəfərə yaxın iştirakçının mübarizə aparacağı milli seçimlərdə öz şanslarını sınayacaqlar. O da bildirilib ki, “Eurovision 2013” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün keçirilən seçimlərdə şou-biznesin tanınmış simaları qatılmayıblar. Amma ötən ilki seçimlərdə özlərini sınayan bir neçə müğənni bu il də təmsilçilik adı uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, milli seçimlərə qatılmaq üçün sənəd verən 128 nəfər arasından münsiflər heyəti tərəfindən 80-ə yaxın iştirakçı seçilib. Dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsində, 1-5-ci günlər (həftənin 5 günü) İctimai Televiziyanın canlı efirində yarışacaqlar. İştirakçılar 8 qrupa bölünüb, 8 həftə ərzində yarışacaqlar. Hər qrup həftənin ilk beş günü öz bacarığını nümayiş etdirəcək. Bazar ertəsi “Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb.

Milli seçim turunun 2013-cü il mart ayının ortalarında başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR