Azərbaycan prezidenti Sumqayıtda mədəniyyət və istirahət parkında görülən işlərin gedişi ilə tanış olub

Azərbaycan prezidenti Sumqayıtda mədəniyyət və istirahət parkında görülən işlərin gedişi ilə tanış olub
# 24 dekabr 2012 14:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Sumqayıtda Nəsimi adına mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olublar.

APA-nın məlumatına görə, bildirilib ki, 100 hektara yaxın ərazisi olan parkda abadlıq və yenidənqurma işlərinə 2011-ci ilin mayında başlanılıb. Parkda aparılan işlər “Göyərçin” abidə kompleksinə qədər olan ərazidə artıq yekunlaşıb.

Prezident abadlıq və yenidənqurma işlərinin yüksək keyfiyyətlə davam etdirilməsinə dair tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR