Gəncə-Novosibirsk aviareysi açılır

Gəncə-Novosibirsk aviareysi açılır
# 30 noyabr 2012 06:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Gəncə-Novosibirsk marşrutu üzrə yeni müntəzəm aviareyslərə başlayır.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, Gəncədən Novosibirskə uçuşlar hər həftənin V günləri saat 11:20-də, əks istiqamətdə isə 08:15-də (yerli vaxtla) yerinə yetiriləcək. Uçuşlar «Airbus A-319/320» və «Boeing-757» tipli avialaynerlərlə yerinə yetiriləcək.

Bundan başqa, AZAL Bakı-Novosibirsk-Bakı istiqamətində uçuşların hərəkət cədvəlində də dəyişiklik edib. Belə ki, bu gündən etibarən sözügedən marşrutla uçuşlar hər həftənin V günləri həyata keçiriləcək. Bakı-Novosibirsk aviareysi saat 00:15-də, əks istiqamətdə isə 20:00-da yerinə yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR