İranda ən böyük qızıl istehsalı zavodu tikiləcək

İranda ən böyük qızıl istehsalı zavodu tikiləcək
# 20 dekabr 2012 16:59 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İranın Qərbi Azərbaycan vilayətində Qərbi Asiyada ən böyük qızıl istehsalı zavodu tikiləcək.

APA-nın “İran.ru” saytına istinadən verdiyi məlumata görə, Tekab şəhər administrasiyasının rəhbəri Məhəmməd Əli Daei İRNA-ya müsahibəsində bildirib ki, zavod “Zare-Şuran” adlanan qızıl yatağı yaxınlığında yerləşəcək. Zavodun tikintisinə 720 mlrd. rial (60 mln. dollar) sərf olunacaq.

M.Ə.Daei deyib ki, yataqda qızılın ehtiyatı 80 ton təşkil edir və oradan hər il 3 ton qızıl çıxarılması planlaşdırılır. Bu da İranda ən iri qızıl yatağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR