GAMOH-un sədr müavini istefa verib - FOTO

GAMOH-un sədr müavini istefa verib   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 07:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) sədr müavini, İdarə Heyətinin üzvü Cavad Abbası tutduğu vəzifədən istifa verib. C. Abbasinin APA-ya verdiyi məlumata görə, istefa etməsinin səbəbi təşkilatın nizamnaməsinə əməl edilməməsi və strateji məsələlərdir: “ Hələlik istefamla bağlı ətraflı açıqlam vermək istəmirəm. Bir neçə gün sonra geniş izahat verəcəyəm. Mən Güney Azərbaycanın haqları üçün soydaşlarımızla birgə milli və mənəvi borcumu yerinə yetirməyə çalışdım. Acı və şirin günlərimiz çox oldu. Lakin hər zaman sarsılmadan yolumuza davam etdik. Xüsusən də son illərdə təşkilat və hərəkatımızda uğurlara nail olduq. Məni bu mübarizəyə sövq edən millətimizə, tutduğumuz müqəddəs yola hər zaman inancımız olub və olacaq. 1995-ci ildən GAMOH-da çalışmışam. Lakin qeyd eydiyim səbəblərdən GAMOH-dan ayrılamağa qərar verdim. Bütün silahdaşlarıma və GAMOH sədrinə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR