Bakıda binaların damındakı su çənlərinin ləğvinə başlanılıb - FOTO

Bakıda binaların damındakı su çənlərinin ləğvinə başlanılıb   - <span style="color: red;">FOTO
# 26 noyabr 2012 14:51 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə «Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edək ki, son vaxtlar görülmüş tədbirlər nəticəsində Yasamal rayonun 75%-i daimi su ilə təmin edilib.

ASC-dən verilən məlumata görə, fasiləsiz su təminatına keçiddən sonra ərazidəki yaşayış binalarının damında əhali tərəfindən quraşdırılmış su çənlərinin ləğv edilməsi qərara alınıb. Yasamal rayon Sukanal Departamenti, bələdiyyə və mənzil istismar sahələrinin əməkdaşları yaşayış binalarına baxış keçirib, müxtəlif həcmdə metal və plastik su çənləri, su xətləri kəsilərək ləğv olunub. Su çənləri və bu kimi qurğuların kəsilərək ləğv olunması işləri hazırda da davam etdirilir.

«Azərsu» ASC abunəçilərdən xahiş edir ki, fasiləsiz su təchizatı ilə əlaqədar binaların damlarındakı su çənlərinin ləğv edilməsinə şərait yaratsınlar. Aparılmış monitorinqlər göstərir ki, həmin çənlərin bir çoxunda əks klapanlar quraşdırılmadığından çənlər dolduqdan sonra içməli su birbaşa kanalizasiya şəbəkəsinə axır. Bəzi abunəçilərin sayğacının olmaması səbəbindən, bəzilərinin isə çənləri sayğacdankənar xətlərdən qidalandığından belə halda israfçılıqla axıdılan suyun uçotunu aparmaq mümkün olmur.

Yasamal rayonunun adıçəkilən ərazilərinə içməli suyun özüaxımlı rejimdə verilməsi rayon ərazisində 42 məhəllədaxili nasos stansiyasının fəaliyyətinin dayandırılmasına da imkan verib. Nasos stansiyalarının fəaliyyətinin dayandırılması elektrik enerjisindən imtinaya gətirib çıxarıb. Təkcə bu tədbirlər nəticəsində «Azərsu» ASC hər ay 80 min kVt/saat elektrik enerjisinə qənaət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR