Qardaşını qətlə yetirən, atasını isə yaralayan şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib

 Qardaşını qətlə yetirən, atasını isə yaralayan şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib
# 28 noyabr 2012 14:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə, atasına isə xəsarət yetirməkdə təqsirləndirilən Səxavət Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, S. Hümbətov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, atası ilə birlikdə yaşayan S. Hümbətov qardaşı Səyahətin onlara qonaq gəlməsinə etiraz edib. Bunun üçün də aralarında mübahisə düşüb. Mübahisə zamanı Səxavət bıçaqla qardaşı Səyahəti qətlə yetirib, atası Mirzalı Hümbətova isə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR