Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsinin təqdimatı keçirilib

Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsinin təqdimatı keçirilib
# 21 noyabr 2012 15:38 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətində (DMX) Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasətinin Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində “Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin professional inkişafı və bacarıqlarının artırılmasına və miqrasiya haqqında cari qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasına dəstək” adlı Tvinninq layihəsinin təqdimatı keçirilib. Bu barədə APA-ya DMX-dən məlumat verilib.

Tədbirdə çıxış edən DMX-nin rəisi Firudin Nəbiyev bildirib ki, DMX miqrantların hüquqlarının qorunmasına həmişə önəm verir və bu məqsədlə xarici dövlətlərlə iki və çoxtərəfli əsaslarla əməkdaşlığın həyata keçirilməsi işinə ayrıca diqqət ayırır. Xidmət rəisi vurğulayıb ki, Tvinninq proqramı qarşılıqlı əməkdaşlığa söykənir. Layihənin həyata keçirilməsində əsas hədəf əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin olunmasını, Azərbaycanın miqrasiya sahəsindəki qanunvericiliyinin Aİ-nın müvafiq qanunvericiliyinə uyğunlaşdırılmasını daha effektiv həyata keçirmək, sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, həmçinin Xidmət əməkdaşlarının peşəkar bacarıqlarının artırılmasıdır.

Niderland Krallığının Daxili İşlər və Krallıq Əlaqələri Nazirliyinin Repatriasiya və Geriqaytarma Xidmətinin rəisi xanım Rodia qarşılıqlı əməkdaşlığın verəcəyi müsbət töfhələri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR