Rusiya müdafiə nazirinin müavini: “Armavirdəki RLS bu gün üçün tapşırıqları yerinə yetirməyə hazırdır”

Rusiya müdafiə nazirinin müavini: “Armavirdəki RLS bu gün üçün tapşırıqları yerinə yetirməyə hazırdır”
# 27 dekabr 2012 08:36 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya müdafiə nazirinin müavini general-polkovnik Oleq Ostapenko bildirib. Onun sözlərinə görə, Armavirdəki RLS-in dövlət sınağından keçmə mərhələsində olduğunu söyləyib: “Stansiya artıq bu gün üçün tapşırıqları yerinə yetirməyə hazırdır. Stansiyanın döyüş növbəsinə gətirilməsini isə yaxın vaxtlarda biləcəksiniz”.

Qeyd edək ki, “Azərbaycan hökuməti və Rusiya hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb. Rusiya bu il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min kilometr radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir.

2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq, Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib. Azərbaycan növbəti illərdə RLS-in icarəsi üçün Rusiyadan illik 300 milyon dollar istəyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR