Milli Məclis Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edib

Milli Məclis Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edib
# 20 noyabr 2012 10:11 (UTC +04:00)

Bakı. Pərvin Abbasov-APA. Milli Məclis Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Dəyişikliyə əsasən, təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR