Yaponiyanın Azərbaycandakı səfiri Tərtərdə olub - FOTO

Yaponiyanın Azərbaycandakı səfiri Tərtərdə olub - <span style="color: red;">FOTO
# 26 noyabr 2012 09:28 (UTC +04:00)

Bakı-APA. Tərtər rayonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Yaponiya dövlətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tərtər Regional Peşə və Təlim Mərkəzinin (PTM) təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi” layihəsinin başa çatması ilə bağlı tədbir keçirilib. BAMF-ın informasiya departamentindən APA-ya verilən məlumata görə, tədbirdə layihə çərçivəsində inşa edilmiş heyvandarlıq kompleksinin açılışı və alınmış texnika, avadanlıqlara baxış olub, subartezian quyusu istismara verilib.

Bu məqsədlə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, səfirliyin nümayəndələri, BMT-nin ictimai informasiya departamentinin rəhbəri Envera Selimoviç, Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmisi Cəlil Hacıyev, BAMF-ın sədri Umud Rəhimoğlu, BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kabir və digərləri Tərtər rayonuna səfər ediblər. Əvvəlcə onların və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) rayondakı üzvləri və PTM təsərrüfatı yaxınlığında yaşayan icma nümayəndələrinin, rayun icra strukturlarının təmsilçilərinin iştirakı ilə Tərtər Regional Peşə və Təlim Mərkəzində toplantı olub.

Toplantını açan BAMF sədri Umud Rəhimoğlu Fondun regiondakı fəaliyyətindən, o cümlədən Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən layihələrdən danışıb.

Toplantıda çıxış edən səfir Şusuke Vatanabe Yaponiya hökumətinin Azərbaycanda gördüyü işlərdən danışıb, bundan sonra da bu tipli layihələrə dəstək verəcəklərini söyləyib.

Qeyd edək ki, layihənin məqsədi ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2009-2010-cu illərdə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində yaradılan Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi olub.

Bu layihənin davamı olaraq bu il sentyabrın 1-dən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) tərəfindən “Minadan zərərçəkənlərin məşğulluğunun təmin edilməsi və ehtiyaclarının ödənilməsi məqsədilə yaradılmış kooperativ təsərrüfatın inkişaf etdirilməsi” layihəsinin icrasına başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR