Azərbaycanda investisiya fondlarının pul hesablarının açılması qaydaları təsdiqlənib

Azərbaycanda investisiya fondlarının pul hesablarının açılması qaydaları təsdiqlənib
# 07 dekabr 2012 10:55 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «İnvestisiya fondunun depozitarı tərəfindən pul hesablarının açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi Qaydaları»nı təsdiqləyib.

«APA-Economics»in məlumatına görə, bu qaydalar Azərbaycanda fəaliyyət göstərən investisiya fondlarının depozitarı tərəfindən investisiya fondları üçün pul hesablarının açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

Qaydalara əsasən, investisiya fondları pul hesablarını açarkən depozitarı seçməkdə müstəqildir, lakin hər bir investisiya fondunun, onun aktivlərinin ölkədən kənarda yerləşdirdiyi hallar istisna olmaqla, yalnız bir depozitarı ola bilər.

Depozitar investisiya fondları üçün ayrıca pul hesablarının açılmasını və öz aktivlərini investisiya fondlarının aktivlərindən ayrı-ayrılıqda saxlanılmasını təmin etməlidir.

Qaydalara əsasən, investisiya fondunun depozitarı - depozitar fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR