İctimai Palatanın Bakının mərkəzində aksiya keçirmək cəhdinin qarşısı alınıb - FOTOSESSİYA

İctimai Palatanın Bakının mərkəzində aksiya keçirmək cəhdinin qarşısı alınıb - <span style="color: red;">FOTOSESSİYA
# 10 dekabr 2012 12:29 (UTC +04:00)

Bakı-APA. İctimai Palatanın bir qrup üzvü Bakının Fəvvarələr meydanında aksiya keçirməyə cəhd edib. APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan aksiyanın qarşısı polis tərəfindən alınıb. Aksiyada saxlanılan şəxslər Səbail, Yasamal və Nəsimi rayonları polis idarələrinin bölmələrinə aparılıblar.

Qeyd edək ki, İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinə bu gün saat 14-də Milli Məclisin binası qarşısında aksiya keçirməklə bağlı müraciət edib. İcra Hakimiyyəti

İctimai Palatanın bu ərazidə aksiya keçirmək barədə müraciətinə rədd cavabı verib. Aksiya təşkilatçıları dekabrın 8-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və onlara razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşısının alınacağı barədə xəbərdarlıq edilib.

Sonradan İP üzvləri MM-in qarşına deyil, Fəvvarələr meydanına toplaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR