Arif Hacılı: “Bizə qurultay keçirmək üçün təklif olunan yerlərdə şərait yoxdur”

Arif Hacılı: “Bizə qurultay keçirmək üçün təklif olunan yerlərdə şərait yoxdur”
# 21 noyabr 2012 15:01 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Bizə qurultay keçirmək üçün təklif olunan yerlərdə müvafiq şərait yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Müsavat Partiyasının qurultayını keçirmək üçün ayrılan yerlər münasib deyil.

Qurultay üçün BŞİH-ə müraciət etdiklərini vurğulayan A. Hacılı müraciətə hələ də cavab gəlmədiyini qeyd edib. A. Hacılı BŞİH-dən cavab gözləyəcəklərini, gec-tez partiyaya qurultay keçirmək üçün yer ayrılacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR