“Fəvvarələr meydanı”nda keçiriləcək aksiyanın təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

“Fəvvarələr meydanı”nda keçiriləcək aksiyanın təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
# 16 noyabr 2012 11:48 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Noyabrın 17-də paytaxtın “Fəvvarələr meydanı”nda keçiriləcək aksiya ilə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar.

Aksiyanın Təşkilat Komitəsinin üzvü, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı APA-ya bildirib ki, təşkilatçılardan bu gün saat 17.30-da BŞBPİ-də olmaları istənilib. Əbülfəz Qurbanlı, Məmməd İbrahim və Cəmil Hacıyev deyilən vaxtda idarədə olacaqlar.

Ə. Qurbanlı onu da qeyd edib ki, təmsil etdiyi qurum aksiyanın keçirilməsində israrlıdır və BŞBPİ-nin aksiyanın keçirilməməsi ilə bağlı xəbərdarlığını sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirəcək.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti bir qrup müxalifət üzvünün noyabrın 17-də “Fəvvarələr meydanı”nda aksiya keçirməsi ilə bağlı müraciətini cavablandırıb və aksiyanı qeyd olunan yerdə keçirilməsini məqsədəuyğun hesab etməyib.

Xatırladaq ki, aksiya “Parlament buraxılsın” aksiyası əvvəlcə sosial şəbəkələrdə başlayıb, sonradan isə bu səhifənin təsisçiləri olan ictimai təşkilat rəhbərləri, bloqqer və ictimai-siyasi baxımdan aktiv gənclər hərəkat şəklində aksiya keçirmək qərarına gəliblər.


Aksiyanın təşəbbüskarları arasında İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları da var.

Adıçəkilən qurum analoji şüarla oktyabrın 20-də də “Fəvvarələr meydanı”nda aksiya keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR