Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti toplantısı keçirilib

Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti toplantısı keçirilib
# 18 dekabr 2012 14:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti toplantısı keçirilib.

DQMM üzvü Əhməd Orucun APA-ya verdiyi məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və bəzi qərarlar qəbul olunub.

Toplantıda “Freedom House” beynəlxalq təşkilatının Azərbaycanla bağlı illik hesabatını dəyərləndirilib və hakimiyyətdən beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmək tələb olunub. Toplantıda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və Müsavat Partiyasının fəalı Nigar Yaqublunun həbsi pislənilib.

Müxalifətdaxili inteqrasiya məsələlərinə toxunarkən demokratik seçki mühitinin yaradılması ilə bağlı əməkdaşlığa ehtiyac olduğu diqqətə çatdırılıb. DQMM-in bu istiqamətdə bütün addımlara hazır olduğu bəyan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR