Azərbaycan prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin sədrinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin sədrinə təbrik məktubu göndərib
# 24 noyabr 2012 13:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Neboyşa Radmanoviçə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dostluq əlaqələrimizin daha da genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi yolunda addımlarımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR