Ağdaş şəhərində 255 kilometr uzunluğunda su və kanalizasiya xətti çəkiləcək

Ağdaş şəhərində 255 kilometr uzunluğunda su və kanalizasiya xətti çəkiləcək
# 15 dekabr 2012 20:05 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi”nin ikinci mərhələsinə start verilib. APA-nın məlumatına görə layihənin ikinci mərhələsi 18 ay ərzində icra olunacaq və həmin dövrdə 2 artezian quyusu qazılacaq, suqaldırıcı borular, sualtı nasoslar, quyunu daxildən əhatə edən süzgəcli borular quraşdırılacaq, elektrik xətlərinin çəkiləcək, transformatorlar quraşdırılacaq, iki ədəd 2000 tonluq su anbarı inşa ediləcək, 134 kilometr uzunluğunda supaylayıcı şəbəkə, 121 kilometr uzunluğunda çirkab su şəbəkəsi çəkiləcək, 217 min kvadratmert sahədə asfalt və çınqıllı yollar bərpa ediləcək, 7600 abonent üçün sayğaclar quraşdırılacaq, 5250 ünvan kanalizasiya şəbəkəsinə qoşulacaq.

Qeyd edək ki, icrasına 2008-ci ildə başlanılan layihənin birinci mərhələsində 3 subartezian quyusu qazılıb, 2000 tonluq yeni su anbarı, xlorator və laboratoriya binası, nasos stansiyası, “Ağdaş Su-Kanal" Törəmə Səhmdar Cəmiyyəti üçün yeni inzibati bina və istehsalat bazası inşa edilib, zəruri maşın və mexanizmlər alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR