Azərbaycanda ən iri korporativ istiqraz emissiyası hazırlanır

Azərbaycanda ən iri korporativ istiqraz emissiyası hazırlanır
# 03 dekabr 2012 09:12 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, hazırda Şirkətin müvafiq qurumları bu buraxılışın hazırlanması üzərində çalışır: «Əgər biz xaricdən borc götürüb faiz veririksə, bunu Azərbaycanda niyə etməyək? Bu həm də yerli qiymətli kağızlar və borc bazarının canlanmasına səbəb ola bilər».

R.Abdullayev bəyan edib ki, buraxılışın həcmi 500 mln. manat ola bilər. İstiqrazların potensial alıcıları kimi yerli bank və şirkətlər, eləcə də fiziki şəxslər çıxış edə bilər. İstiqrazların gələn il buraxılması planlaşdırılır. Emissiyanın yerləşdirilməsindən cəlb olunacaq vəsaitin Şirkətin ölkə daxilində həyata keçirdiyi layihələrə, o cümlədən «Ümid» yatağının işlənməsinə yönəldilməsi nəzərdə tutulub. İstiqrazların tədavül müddəti 5 il olacaq.

Qeyd edək ki, bu ilin fevralında ARDNŞ xaric bazarda ilk istiqraz emissiyası həyata keçirib. Buraxılışın həcmi 500 mln. dollar, gəlirliyi illik 5,45%, tədavül müddəti isə 5 ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR