Xəzərin Azərbaycan sektorunda daha dörd balıqçı itkin düşüb

Xəzərin Azərbaycan sektorunda daha dörd balıqçı itkin düşüb
# 03 dekabr 2012 14:16 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə dünən səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən 4 nəfərin balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxması və geri qayıtmamaları barədə məlumat daxil olub. Müraciət daxil olan kimi dərhal aidiyyəti qurumlar məlumatlandırılıb və Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Xəzər dənizində daha bir neçə nəfər itkin düşüb. Onlardan ikisinin cəsədi tapılıb, digər 2 nəfərin axtarışı isə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR