Azərbaycanda Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib və təyinatlar olub

Azərbaycanda Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib və təyinatlar olub
# 30 noyabr 2012 08:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.


Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezidentin sərəncamları ilə Novruz İsmayıl oğlu Məmmədov, Zeynal Səfər oğlu Nağdəliyev və Əli Hidayət oğlu Əsədov Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər.


Qeyd edək ki, Novruz Məmmədov və Zeynal Nağdəliyev indiyədək Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri, Əli Əsədov isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıblar. Prezident Administrasiyasına akademik Ramiz Mehdiyev rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR