Nigar Yaqublu məhkəmədə son söz deyib

Nigar Yaqublu məhkəmədə son söz deyib
# 19 dekabr 2012 13:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, hakim İlham Kərimovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış edib. Vəkil Elton Quliyev istintaqın yenidən aparılması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib. Vəkillər Nemət Kərimli və Adil İsmayılov isə istintaqın gedişindən narazılıqlarını bildiriblər.

Daha sonra Nigar Yaqublu son söz deyib.

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

Qeyd edək ki, ötən prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı çıxış edib. Prokuror məhkəmədən N. Yaqublunun 4 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməsini istəyib.

Xatırladaq ki, Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR