Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
# 03 dekabr 2012 10:02 (UTC +04:00)

Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarında az yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 3-də günün ikinci yarısından 6-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR