Azərbaycanın hava nəqliyyatı ilə sərnişindaşıma 15%, yükdaşıma isə 18% artıb

Azərbaycanın hava nəqliyyatı ilə sərnişindaşıma 15%, yükdaşıma isə 18% artıb
# 05 dekabr 2012 07:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın hava nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarının həcmi ötən ilin analoji dövrünə nisbətən artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə 1,4 mln. və ya 14,8% çox sərnişin daşınıb: «Daşınmanın 98,5%-i dövlət, 1,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib».

Bundan başqa, cari ilin ilk 10 ayı ərzində hava nəqliyyatı ilə 47,2 min ton yük daşınıb ki, bu da ötən ilin yanvar-oktyabr aylarına nisbətən 18,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə hava nəqliyyatında sərnişin dövriyyəsi 16,3% artaraq 2 087,6 mln. sərnişin/km, yük dövriyyəsi isə 20,1% artaraq 216 mln. ton/km təşkil edib.

Xatırladaq ki, hazırda Azərbaycanda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR