Dünya Bankı: Azərbaycan neftdən asılılığı azaltmalı, kənd təsərrüfatını inkişaf etdirməlidir

Dünya Bankı: Azərbaycan neftdən asılılığı azaltmalı, kənd təsərrüfatını inkişaf etdirməlidir
# 03 dekabr 2012 09:35 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxış edən Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri xanım Larisa Leşşenko bildirib.

Onun sözlərinə görə, insan kapitalına investisiya yatırımı ölkə iqtisadiyyatının diversifikasiyasında da öz müsbət rolunu oynaya bilər.


L.Leşşenko xaricdən cəlb olunan investisiyalara toxunaraq qeyd edib ki, cəlb olunan sərmayələr yalnız neft-qaz sektoruna yönəlməməli, iqtisadiyyatın digər sahələrini də əhatə etməlidir: «Azərbaycan eyni zamanda neftdən asılılığı azaltmalı, kənd təsərrüfatı kimi sahələri bir qədər də inkişaf etdirməlidir. Kənd təsərrüfatı Azərbaycanın potensial sahələrindən biridir. Bu sahə inkişaf etdirilməli və özəl sektora əsaslanmalıdır».


Son illər ərzində Azərbaycanın qeyri-neft sektoruna böyük diqqət yetirilməsini yüksək qiymətləndirən DB rəsmisi qeyd edib ki, 2011-ci ilədək Azərbaycan iqtisadiyyatının artımı neft sektorunun hesabına əldə olunub və son iki il ərzində bu sahədə müşahidə olunan durğunluq qeyri-neft sektorunun inkişaf etdirilməsinə gətirib çıxarıb.


L.Leşşenko həmçinin Azərbaycanda yoxsulluğun səviyyəsinin 50%-dən 10%-dək azaldılmasını yüksək qiymətləndirib, həmçinin ölkə iqtisadiyyatının bir qədər də inkişaf etdirilməsi üçün böyük potensialın və imkanların olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR