Azərbaycandan hava nəqliyyatı ilə xaricə sərnişindaşıma tarifləri 10%-dən çox bahalaşıb

Azərbaycandan hava nəqliyyatı ilə xaricə sərnişindaşıma tarifləri 10%-dən çox bahalaşıb
# 07 dekabr 2012 08:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4%, sərnişindaşıma tarifləri isə 4% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 8,9%, idxal üzrə 2,9% ucuzlaşıb, ixrac üzrə 0,2%, tranzit üzrə isə 3,1% bahalaşıb. Sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 3,3% ucuzlaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8% bahalaşıb.


Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 10,8% və 10,2% bahalaşıb, MDB ölkələrinə yükdaşıma tarifləri isə 0,2% ucuzlaşıb.


Hesabat ayında telekommunikasiya sahəsində mobil telefon rabitəsi üzrə tariflər 3,9% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR