Bakıda "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumu keçirilir

Bakıda "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumu keçirilir
# 25 noyabr 2016 07:25 (UTC +04:00)

Bakıda "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumu keçirilir. Forumda MDB ölkələrinin dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərləri iştirak edir.

APA-Economics xəbər verir ki, forumdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Forum çərçivəsində beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət və tərkibinin istehsalı və logistik zəncirvari əlaqələrin qurulması və digər məsələlər müzakirə ediləcək.

Biznes forumda Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, Rusiya Dəmir Yolları ASC-nin vitse-prezidenti Aleksandr Mişarin yekun nitqi ilə çıxış edəcək.

Tədbirin sonunda müvafiq sənədlər imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR