Külək Gəncədə fəsadlar törədib

Külək Gəncədə fəsadlar törədib
# 01 aprel 2017 10:34 (UTC +04:00)

Ötən gecə qərb bölgəsində əsən güclü külək Gəncədə bir sıra fəsadlar yaradıb.

APA-nnın qərb bürosunun xəbərinə görə, şəhərin Əttarlar küçəsində, “Məhsəıti Gəncəvi” parkında şam ağacı küləyin təsirindən aşaraq işıqlandırma dirəyini sıradan çıxarıb. Həmçinin “Füzuli” parkında, 1-ci mikrorayonda da küləyin təsirindən ağaclar aşıb. Aidiyyatı qurumlar səhər saatlarından başlayaraq fəsadlarına radan qaldırılması işləri ilə məşğuldurlar.

Gecə saatlarında şəhərin bəzi yerlərində elektrik verilişində fasilə olsa da, tez bir zamanda bərpa edilib.

Külək qərb bölgəsində bir neçə rayonda da fəsadlar yarandb. Kəndlərə gedən elektrik xətləri qırılıb, dirəklər aşıb. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR