Azərbaycan prezidenti Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib

Azərbaycan prezidenti Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib
# 15 noyabr 2012 13:45 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı ölkəmizlə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ikinci dəfə ölkəmizə səfər etməsini xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd edib. Çeçenistanda sabitliyin bərqərar olunduğunu və genişmiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı əldə edilən uğurlar münasibətilə R.Kadırovu təbrik edib.

Çeçen xalqının Azərbaycan xalqını özünə qardaş və dost hesab etdiyini deyən Ramzan Kadırov xalqlarımız arasında mövcud olan bu münasibətlərin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. Ramzan Kadırov Azərbaycanda gedən sürətli inkişaf proseslərinin böyük maraqla izlənildiyini deyib. Ramzan Kadırov çeçen xalqının ən çətin vaxtlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin onlara göstərdiyi qayğını ehtiramla xatırlayıb.

Daha sonar Azərbaycan prezidenti İlham Əliyevin adından Ramzan Kadırovun şərəfinə nahar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR