Ortaq türk tarixinin yazılması üçün xüsusi komissiya yaradılması təklif olunur

Ortaq türk tarixinin yazılması üçün xüsusi komissiya yaradılması təklif olunur
# 08 noyabr 2012 14:57 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA. “Türkdilli ölkələrin ortaq türk ədəbiyyatı və tarixinin yazılması bir problem olaraq gündəmdə qalır. Bunun həlli üçün xüsusi işlər görmək lazımdır”. Bunu APA-ya açıqlamasında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara şəhərində başqanı, professor Hayrettin İvgin deyib.

O bildirib ki, ilkin olaraq ortaq türk tarixinin yazılması üçün mütləq şəkildə ortaq komissiyanın yaradılmasına ehtiyac var. H.İvginin sözlərinə görə, bütün türk dövlətlərinin qabaqcıl tarixçilərinin toplaşacağı xüsusi komissiya bu işi daha tez araşdıra və həll edə bilər.

“Türk tarixinin başlanğıcdan bu günə kimi həm yaxın, həm də uzaq halını gündəmə gətirmək lazımdır. Elm adamları bir araya gəlib anlaşaraq bu məsələni ortaya qoymalıdır. Bu, bəlkə də müəyyən zaman alacaq. Ancaq 5-10 ilə olsa da, məsələnin mütləq şəkildə həll edilməsi və ortaq türk tarixinin yaradılması mütləq lazımdır” - deyə H.İvgin qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR