BDU-nun rektoru Nottingem Universitetinin professoru ilə görüşüb

BDU-nun rektoru Nottingem Universitetinin professoru ilə görüşüb
# 14 noyabr 2012 14:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Nottingem Universitetinin İnsan resurslarının inkişafı üzrə Beynəlxalq Departamentinin direktoru, “British Council”in MDB ölkələrində insan resurslarının idarə olunması üzrə baş məsləhətçisi Deyv Dauti ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş zamanı Nottingem Universiteti ilə BDU arasında ikili diplomların tətbiq olunması üzrə proqramın yaradılması məsələsi müzakirə olunub. Rektor BDU-nun beynəlxalq proqramlar və qrantları haqqında məlumat verərək, artıq BDU ilə Ankara Universiteti arasında ikili diplomların verilməsinə dair anlaşma memorandumunun imzalandığını bildirib.

Akademik Abel Məhərrəmov eyni təcrübənin Rusiya universitetləri ilə də olduğunu qeyd edərək, BDU-nun Avropa universitetləri ilə də bu istiqamətdə əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib. Rektor biznesin idarə olunması məsələsinin də çox aktual olduğunu deyərək, BDU-nun bu məsələyə dair maraqları haqqında danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR